İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib

Xarici işlər nazirinin müavinləri Rəfiyev Yalçın İlqar oğlu və Şərifov Samir Ənvər oğluna fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi barədə sərəncamında deyilir.