İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 4-5-də, bəzi yerlərdə isə iyulun 6-dan 8-i gündüzədək arabir yağış yağacağı gözlənilir.

Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.