İyul 8, 2026
Baku
Xəbərlər

Sadiq Qurbanov: “Türkmənistan Azərbaycan xalqları eyni kökün budaqlarıdır!”

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 22 iyun 2026-cı ildə  Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat barədə məsələyə münasibət bildirərkən deyib. O, bildirib ki, Türkmənistan və Azərbaycan xalqları eyni sou-kökə malik xalqdır. Türkmənistan Azərbaycan münasibətləri Türk xalqlarının birgə inkişafı fonunda dəyərləndirilməlidir.

Görüşdə Azərbaycan Prezidenti Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirməsi də diqqətəlayiqdir.

Prezident İlham Əliyev: “Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq”

Hörmətlə,
Səməd  Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin sədri
Gundelik.az