İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Bakıya diametri 4 mm olan dolu düşüb

Mayın 26-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.