Çinin istehlakçı elektronikası istehsalçısı “Xiaomi” bu ilin birinci rübündə xalis mənfəətini azaldıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Xiaomi”nin açıqlamasında deyilir.
Məlumata görə, yanvar-mart aylarında gəlir 14,59 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 11% çoxdur.
Son rübdə xalis mənfəət 10,89 milyard yuandan 4,73 milyard yuana düşüb.
Ötən rübdə şirkət 33,8 milyon smartfon satıb ki, bu da bir il əvvəlki 41,8 milyondan azdır. Xiaomi ardıcıl üçüncü rübdür ki, 11,3% bazar payı ilə qlobal miqyasda ən yaxşı üç smartfon satıcısı arasında yer alıb.
