Stanford Universitetinin araşdırmasına görə insan bədəni yaşlanmanı hər zaman yavaş-yavaş yaşamır. Alimlər müəyyən ediblər ki, xüsusilə 44 və 60 yaşlarında orqanizmdə qəfil və böyük bioloji dəyişikliklər baş verir.
Araşdırmada 25-70 yaş arası 108 nəfər illərlə izlənilib. Onlardan alınan nümunələrdə RNA, proteinlər, lipidlər və bağırsaq mikrobiomu daxil olmaqla 135 mindən çox bioloji xüsusiyyət analiz olunub.
Nəticələr göstərib ki:
Yaşlanma ilə bağlı risklər tədricən deyil, bəzi yaşlarda kəskin artır.
Alzheimer və ürək-damar xəstəlikləri kimi problemlərin riski xüsusilə 44 və 60 yaşdan sonra sürətlə yüksəlir.
Araşdırılan molekulların təxminən 81 faizində bu yaş dövrlərində ciddi dəyişikliklər müşahidə olunub.
44 yaş ətrafında:
Dəri və əzələ toxumalarında dəyişikliklər artır.
Yağ, kofein və alkoqol metabolizması dəyişir.
Bu proses təkcə menopauza ilə bağlı deyil, çünki kişilərdə də oxşar dəyişikliklər görülüb.
60 yaş ətrafında isə:
Karbohidrat metabolizması dəyişir.
İmmunitet sistemi zəifləməyə başlayır.
Böyrək funksiyalarında nəzərəçarpan dəyişikliklər yaranır.
Araşdırmaya rəhbərlik edən alimlərdən biri Michael Snyder bildirib ki, insan biologiyasında bu yaşlarda “dramatik sıçrayışlar” müşahidə olunur.
Mənbə:TRT Haber
Tərtib etdi:Ziyalə Əhmədli
Gundelik.az
