İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ İranın təklifini rədd edib

ABŞ İranın müharibəyə son qoymaq üçün 14 maddəlik təklifinə cavab verib.

Gundelik.az xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.

İranın təklifinin iki mərhələli danışıqlar prosesinə əsaslandığı bildirilir:

“Bu prosesin birinci mərhələsi bütün cəbhələrdə müharibəyə son qoyacaq. Əgər İranın şərtləri yerinə yetirilərsə, nüvə məsələsi ilə bağlı danışıqların ikinci mərhələsi başlayacaq”, – məlumatda deyilir.

Qeyd edilib ki, ABŞ İranın təklifini rədd edib və xüsusilə nüvə məsələsində “təzyiq mövqeyini” davam etdirib.