ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin İranın nüvə silahına sahib ola bilməyəcəyi barədə razılığa gəliblər.
Gundelik.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatda deyilir.
“Hər iki tərəf İranın heç vaxt nüvə silahı əldə etməməsi barədə razılığa gəlib. Həmçinin, hər iki tərəf Hörmüz boğazının sərbəst enerji axınlarını dəstəkləmək üçün açıq qalması barədə razılaşıblar”, – bəyanatda deyilir.
Qeyd edilib ki, Tramp Pekində Si Cinpinlə yaxşı görüş keçirib və tərəflər iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
