İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Bakıdakı yanğının söndürülməsinə helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Gundelik.az-a bildirilib ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.