İranla ABŞ arasında geosiyasi gərginlik və Hörmüz boğazındaki risklər enerji bazarında kəsin qiymət dəyişikliklərinə səbəb olub. Qlobal neft tədarükü üçün vacib olan boğazda potensial pozuntular səbəbindən Brent markalı xam neftin qiyməti barel üçün 120 dollardan yuxarı qalxır.
Artan enerji və loqistika xərcləri, inflasiya təzyiqlərinin qlobal miqyasda yenidən güclənə biləcəyi ilə bağlı narayahlıqlar yaradır. FED siyasət faiz dərəcəsini dəyişməz saxlasa da, iclasdan sonraki açıqlamada inflasiya risklərini vurğuladı və “gözlə və gör” yanaşması bazarın faiz dərəcəsinin edndirilməsi ilə bağlı gözləntilərini zəiflətdi.
Əslində, bəzi investorlar il ərzində faiz dərəcəsinin daha da artırılması ehtimalını nəzərdən keçirməyə başlayıblar. Faiz gətirməyən qızıl yüksək faiz dərəcəsi mühitində investorlar üçün daha az cəlbedici olur.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az
