Tramp bildirib ki, İranla görüşlər davam edir və artıq əvvəlki kimi sənədləri müzakirə etmək üçün uzun – 18 saatlıq uçuşlara ehtiyac qalmayıb. Onun sözlərinə görə, danışıqlar hazırda telefon vasitəsilə aparılır.
Bununla belə, o, üz-üzə görüşlərə üstünlük verdiyini qeyd edib və mümkün razılaşmanın yalnız İranın nüvə silahı əldə etmək planlarından tamamilə imtina etməsi şərti ilə mümkün olacağını bir daha vurğulayıb.
Xatırladaq ki, ABŞ ilə İran arasında 8 aprel tarixində əldə olunan atəşkəs razılaşmasından sonra Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqlar nəticəsiz qalıb. Bundan sonra Donald Trump 13 aprel tarixində İrana qarşı “dəniz blokadası” tətbiq etmək qərarı verib və Hörmüz boğazına daxil olan və oradan çıxan İranla əlaqəli gəmilərə müdaxilə olunmağa başlanıb.
ABŞ bu müddətdə Oman dənizi və Hind okeanında İrana məxsus bəzi ticarət gəmilərinə hücum edərək onları ələ keçirib. İran isə cavab olaraq Hörmüz boğazı yaxınlığında, İsraillə əlaqəli olduğu bildirilən bəzi gəmilərə müdaxilə edib və onları saxlayıb.
Mənbə: Haber Global
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
