İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Ukraynada hərbi vəziyyət rejimi uzadıldı

Ukrayna Ali Radası (parlamenti) hərbi vəziyyətin qüvvədə olma müddətini 90 gün uzadıb.

Bu barədə Gundelik.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.

Ukraynada hərbi vəziyyətin qüvvədə olma müddəti 2026-cı il mayın 4-ü saat 05:30-dan etibarən 90 sutka uzadılır.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə olma müddətinin uzadılması haqqında qanun layihəsini Ali Radaya təqdim edib.