İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

ABŞ İrandan nefti daşıyan tankeri ələ keçirib

ABŞ Hind okeanında sanksiyalar altında olan və İrandan neft daşıyan “M/T Majestic X” gəmisinin (bayraqsız üzürdü) ələ keçirilməsi və yoxlanılması üzrə dəniz əməliyyatı həyata keçirib.

Gundelik.az-ın məlumatına görə, bu barədə Pentaqon “X” sosial şəbəkəsində bildirib.

“Biz qeyri-qanuni şəbəkələri dağıtmaq və harada olmalarından asılı olmayaraq İrana maddi dəstək göstərən gəmiləri ələ keçirmək üçün qlobal dəniz əməliyyatlarını davam etdirəcəyik”, – paylaşımda qeyd olunub.

Həmçinin vurğulanıb ki, beynəlxalq sular sanksiyalar altında olan subyektlər üçün sığınacaq kimi istifadə oluna bilməz, ABŞ qüvvələri bundan sonra da onların dəniz məkanında fəaliyyət azadlığını məhdudlaşdırmaq niyyətindədir.