İyul 8, 2026
Baku
İdman Ölkə Xəbərlər

Nazir aparat rəhbəri və müşavir təyin etdi

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.

Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Bundan əlavə, indiyədə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.