İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Rusiyanın Ukraynaya hücumu nəticəsində 15 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinə endirdiyi zərbə nəticəsində 15 nəfər xəsarət alıb.

Gundelik.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorova istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, xəsarət alanlar arasında 13, 15 və 17 yaşlı uşaqlar da olub.

Qriqorov vurğulayıb ki, aprelin 21-nə keçən gecə pilotsuz uçuş aparatları ilə şəhərin yaşayış sektoruna zərbə endirilib. Çoxmərtəbəli binalar və mülki avtomobillər zədələnib. Bildirilir ki, pilotsuz uçuş aparatlarından biri müalicə müəssisəsinin ərazisinə düşüb.