İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İspaniya AB–İsrail razılaşmasının ləğvini rəsmi şəkildə təklif etməyə hazırlaşır

İspaniya hökuməti, Avropa Birliyi ilə İsrail arasında qüvvədə olan ortaq razılaşmanın ləğv edilməsi tələbini sabah rəsmiləşdirəcək.

İspaniyanın baş naziri Pedro Sánchez bildirib ki, 21 aprel tarixində Brüsseldə keçiriləcək AB Xarici İşlər Nazirləri toplantısında İsrail hökumətinin – xüsusilə Benjamin Netanyahu rəhbərliyində – “insan haqları pozuntuları” səbəbilə bu razılaşmanın dayandırılması rəsmi şəkildə təklif olunacaq.

Sánchez çıxışında vurğulayıb ki:

“Beynəlxalq hüququ və Avropa Birliyinin dəyərlərini pozan bir hökumət AB-nin tərəfdaşı ola bilməz.”

O həmçinin qeyd edib ki, bu addımlar İsrail xalqına qarşı deyil, yalnız hökumətin siyasətinə yönəlib və rəsmi Madrid Tel-Əvivin beynəlxalq hüququ pozaraq “acı, iztirab və ölümə səbəb olduğunu” düşünür.

Məlumata görə, bu təşəbbüsü hazırda Sloveniya və İrlandiya açıq şəkildə dəstəkləyir. Digər tərəfdən, Almaniya başda olmaqla bəzi AB ölkələri buna qarşı çıxır.

İspaniya hökumətində koalisiya tərəfdaşı olan Sumar ittifaqı artıq bir ildən çoxdur ki, İsraillə bütün əlaqələrin kəsilməsini və razılaşmanın tam ləğvini tələb edir.

Bundan əlavə, AB–İsrail razılaşmasının dayandırılması üçün yaradılmış Avropa Vətəndaş Təşəbbüsü çərçivəsində 1 milyondan çox imza toplanaraq yaxın vaxtlarda AB Komissiyasına təqdim olunub.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az