Salyan şəhərində abadlıq, çoxmənzilli kommunal binaların və yolların əsaslı təmiri işləri həyata keçiriləcək.
Gundelik.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyəti bununla əlaqədar müvafiq hazırlıq işlərinə başlayıb.
Əsaslı təmir və abadlıq işlərinin aparılması üçün layihə smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.
