Vətən müharibəsində 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Cavid Cabbarov vəfat edib.
Gundelik.az xəbər verir ki, 42 yaşlı hərbçi uzunsürən xəstəlikdən həyatını itirib.
O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub.
Cavid Cabbarov bu gün Beyləqan rayonunun Dünyamalılar kənd qəbiristanlığında dəfn olunacaq.

