İsrail ordusunun Livan ərazisinə hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq təhlükəsi yaradır.
Gundelik.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
“Mülki şəxslərin ölümünü qəti şəkildə pisləyirik və mülki şəxslərin itkisinin artmasından dərin narahatlıq keçiririk. İran və ABŞ arasında elan edilən atəşkəs fonunda İsrailin Livanda davam edən hərbi əməliyyatları həmin atəşkəsə və regionda davamlı və hərtərəfli sülhə nail olmaq səylərinə ciddi təhlükə yaradır. Bütün tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq”, – deyə o qeyd edib.
