İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, İrana qarşı hücumlara cavab olaraq sabahdan etibarən bölgədə fəaliyyət göstərən ABŞ şirkətlərini hədəf alacaqlar. Açıqlamada Microsoft, Google, Apple, Intel, IBM, Tesla və Boeing daxil olmaqla ümumilikdə 18 şirkətin adı çəkilib.
Bəyanatda deyilir:
“Bu şirkətlər, 1 aprel çərşənbə günü Tehran vaxtı ilə saat 20:00-dan etibarən İranda həyata keçiriləcək hər bir terror aktına qarşılıq olaraq özlərinə məxsus obyektlərin məhv ediləcəyini gözləməlidirlər.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
