Təsdiqlənmiş şəkillər ABŞ-ın Səudiyyə Ərəbistandakı hava bazasında komandanlıq və idarəetmə təyyarəsinin məhv edildiyini gösdərir. Görünür, şəkillər ilk dəfə ABŞ hərbi xəbərlərini yayımlayan Facebook səhifəsində paylaşılıb. Şəkillərdə E-3 Sentry təyyarəsinin iki yerə ayrıldığı görünür.
Şəkillərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan təxminən 100 km cənubi-şərqdə yerləşən Şahzadə Sultan hava bazasında çəkildiyi təsdiqlənib. Şəkilərdə görünən xüsusiyyətlər, o cümlədən dirəklər, saxlama yerləri və asfaltlanmış ərazidəki işarələr peyk görüntüləri ilə uyğun gəlir.
BBC Verify həmçinin 11 martda çəkilmiş peyç görüntüsündə bu yerdə E-3 təyyarəsi də görüb. Onların eyni təyyarı olub-olmadığını deyə bilmərik.
Təsdiqlənmiş şəkillərin birində təyyarənin nömrəsi görünür. Bundan isdifadə edərək, uçuş izləmə saytı Flightradar24 də yoxladıq və bu, onun 18 martda bazanın yaxınlığında səmada olduğu gösdərildi.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: BBC
Gundelik.az
