İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Ərdoğan : Sıfır Atık hərəkatı ilə Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, 2017-ci ildə həyatına başladılan Sıfır Atık (Sıfır Tullantı) Hərəkatı nəticəsində indiyə qədər 90 milyon ton tullantı geri qaytarılıb və bunun sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib.

Ərdoğan bildirib ki, hərəkat qısa zamanda beynəlxalq bir ətraf mühit hərəkatına çevrilib və gələcək üçün hədəflər belədir:

2035-ci ildə geri qaytarma nisbətini 60%-ə çatdırmaq

2053-cü ildə geri qaytarma nisbətini 70%-ə çatdırmaq

O həmçinin Türkiyənin yaşıl transformasiya və ətraf mühit həssaslığına sadiqliyini vurğulayıb və iqlim dəyişikliyi və ətraf mühit çirkliliyi ilə mübarizənin dayanmadan davam edəcəyini qeyd edib.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az