İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sağlamlığın təbii mənbəyi: Braziliya qozu

Braziliya qozu Cənubi Amerikada, xüsusilə Braziliya, Boliviya və Peru ərazilərində bitən böyük ağacların toxumudur. Həm qida, həm də sağlamlıq baxımından çox dəyərlidir. Meyvəsi kokos kimi sərt qabıqlı olur və içində bir neçə qoz yerləşir.

O, xüsusilə selen(çox yüksək miqdarda), sağlam yağlar(omega-6 və omega-9),protein, maqnezium, sink və E vitamini ilə zəngindir. Cəmi 1–2 ədəd yemək belə gündəlik selen ehtiyacını ödəyir və insanı zob xəstəliyindən azad edir, hətta xərçəng xəstəliyinin qarşısını alır.

Braziliya qozu yaddaşı və diqqəti yaxşılaşdırır və stress və yorğunluğu azaltmağa kömək edir. O, qalxanabənzər vəz üçün və selen tərkibi Hipotiroidizm kimi problemlərdə faydalıdır. Antioksidant təsirə malikdir və orqanizmi sərbəst radikallardan qoruyur. Ürək sağlamlığı üçün xolesterolu tarazlamağa kömək edir. İmmunitet sistemi üçün faydalıdır və müdafiə sistemini gücləndirir. E vitamini sayəsində dəriyə və saçlara faydalıdır.Tiroid vəzinin fəaliyyətini və beyin funksiyalarını dəstəkləyir.

O, arıqlamaq istəyənlər üçün həm faydalı, həm də riskli ola bilər. Həddindən artıq Braziliya qozu yemək zərərlidir və çox qəbul etmək zəhərlənməyə səbəb olur. Yüksək kalorilidir, buna görə artıq çəki problemi olanlar diqqətli olmalıdır. Gündəlik 1–3 ədəd yemək kifayətdir və allergiyası olanlar ehtiyatlı davranmalıdır. Tək halda qəlyanaltı kimi və şirniyyatlarda istifadə olunur.

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az