İsrail mətbuatı iddia edir ki, ABŞ İsrail rəhbərliyinə Hörmüz Boğazının açılması ilə bağlı hücum planları çərçivəsində müharibənin gözləniləndən daha uzun çəkəcəyi barədə mesaj göndərib.
İsrailin Kanal 12 televiziya kanalının məlumatına görə, ABŞ-ın qiymətləndirməsinə əsasən Hörmüz boğazının açılması məqsədilə həyata keçirilən hücumlar həftələrlə davam edə bilər.
Məlumatda qeyd olunur ki, Vaşinqton rəhbərliyi bu planlarla bağlı İsrailə müharibənin gözləniləndən uzun sürə biləcəyi mesajını verib. ABŞ-ın planının təkcə boğazı açmaq deyil, həm də İranın qlobal enerji qiymətlərinə təsir imkanlarını aradan qaldırmaq olduğu bildirilir.
Həmçinin ABŞ rəsmilərinin “Vaxt aparsa da, strateji dəyişiklik istəyirik” dediyi qeyd olunub.
Mənbədə İsrailin ABŞ-ın bəzi planlarından xəbərdar olduğu və bəzi əməliyyatlarda aktiv iştirak etdiyi vurğulanır. ABŞ-ın hücum planlarına uyğun hərəkət edəcəyi təqdirdə, proqnozların əksinə olaraq müharibənin həftələrlə davam edə biləcəyi iddia olunur.
ABŞ–İsrailin İrana hücumları
İsrail və ABŞ, Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda — 28 fevralda — İrana qarşı hərbi əməliyyatlara başlayıb.
İran isə buna cavab olaraq İsrailə, eləcə də ABŞ bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən etdiyi hədəflərə zərbələr endirib.
ABŞ və İsrailin hücumları nəticəsində İran lideri Əli Xamenei də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxs həlak olub.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
