İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

AMB “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

Gundelik.az bu barədə AMB-yə istinadən xəbər veerir.

Məlumata görə, məsafədən aparılan nəzarət tədbirləri çərçivəsində “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın müvafiq tələblərinin pozulması aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi 600 manat cərimə edilib.

Sözügedən nöqsan və çatışmazlıqların şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.