İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

SEPAH: Regiondakı bütün ABŞ hərbi bazaları və İsrail ordusunun toplaşma nöqtələri vurulub

İran regiondakı bütün ABŞ hərbi bazalarını və İsrail Silahlı Qüvvələrinin toplaşma məntəqələrini vurub.

Gundelik.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, həyata keçirilən 62-ci hücum dalğası çərçivəsində ABŞ hərbi obyektləri, həmçinin İsrail ordusunun Tel-Aviv, Hayfa və digər şəhərlərdə yerləşən toplaşma məntəqələri və dəstək mərkəzləri hədəfə alınıb.

Qeyd olunub ki, hücumlar çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə həyata keçirilib.