İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İcraçı direktorunun müşaviri işdən çıxarılıb.

Gundelik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Elşad Məmmədli sözügedən vəzifəsindən azad edilib. 
Qeyd edək ki, Elşad Məmmədli 2024-cü ilin fevral ayında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə müşavir təyin olunmuşdu. 
Vüqar Qurbanov işdən çıxarıldıqdan sonra onun ən yaxın adamı sayılan Elşad Məmmədli də öz ərizəsi ilə vəzifəsindən gedib.