İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rəcəb Tayyib Ərdoğan : “Çanaqqala, millət olma şüurunun dünyaya elan edildiyi misilsiz bir dastandır”

Prezident Ərdoğan, “Çanaqqala yalnız bir savaşın deyil, inancın, fədakarlığın, vətən sevgisinin və millət olma şüurunun bütün dünyaya elan edildiyi bənzərsiz bir dastandır” mesajını yayımladı.Prezident Rəcəb Tayyib Ərdoğan , 18 Mart Şəhidləri Anma Günü və Çanakkale Deniz Zaferinin 111-ci ildönümü münasibətilə yayımladığı mesajda bildirib ki, millətin ən şanlı dastanlarından biri olan Çanaqqala Zəfərinin ildönümü böyük qürur və həyəcanla qeyd olunur.

Çanaqqalanı “keçilməz” edən qəhrəmanları rəhmət, minnət və şükranla yad edən Ərdoğan deyib:

“Çanaqqala yalnız bir müharibə deyil, inancın, fədakarlığın, vətən sevgisinin və millət olma şüurunun bütün dünyaya elan edildiyi misilsiz bir dastandır. Çanaqqalada iman dolu sinələrin apardığı mübarizə, xalqımızın azadlıq və müstəqilliyindən əsla vaz keçməyəcəyinin göstəricisi və tarixi dönüş nöqtəsi olmuşdur.”

“Türkiyə Yüzili hədəflərimizə doğru irəliləyərkən, əcdadımızın bizə qoyduğu bu müqəddəs mirasdan güc alırıq”

Ərdoğan mesajında qeyd edib ki, Anadolunun dörd bir yanından gələrək vətən torpağını qorumaq üçün cəbhəyə qaçan qəhrəmanlar qadını ilə, kişisi ilə, gənci ilə, yaşlısı ilə millət olaraq bir ürək olmuş və vətəni canları bahasına müdafiə etmişlər.

“Əcdadımızın ortaya qoyduğu bu böyük müqavimət yalnız vətənimizin deyil, dünyanın müxtəlif yerlərində zülm altında yaşayan məzlum xalqların da taleyini dəyişmişdir. Çanaqqalada göstərilən qəhrəmanlıq millətimizin qardaşlığının, həmrəyliyinin və ortaq taleyinin ən güclü simvollarından biridir. Biz də bu gün eyni ruh və qətiyyətlə Türkiyə Yüzili hədəflərimizə doğru irəliləyərkən, əcdadımızın bizə miras qoyduğu bu müqəddəs irsdən güc alırıq.

Çanaqqala ruhu millətimizin birlik və bərabərliyinə yönələn hər cür təhdidə qarşı ən böyük ilham mənbəyimiz olmağa davam edəcəkdir. Şəhidlərimizin əmanəti olan bu əziz vətəni daha güclü, daha firavan və daha təhlükəsiz gələcəyə daşımaq üçün var gücümüzlə çalışacağıq.

Bu düşüncələrlə, 18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Zəfərinin ildönümündə başda Mustafa Kemal Atatürk olmaqla bütün Çanaqqala qəhrəmanlarını, əziz şəhidlərimizi və qazilərimizi rəhmətlə, minnətlə və şükranla yad edirəm. Ruhları şad, məkanları cənnət olsun.”

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az