ABŞ prezidenti Donald Tramp İrana qarşı qısamüddətli hərbi müdaxilə prosesinin ortasında olduğunu bildirib və əlavə edib: “Bunu bitirənə qədər buradan ayrılmayacağıq və bu, çox tez baş verəcək”.
Tramp bu sözləri Kentukkiyə səfəri zamanı keçirilən mitinqdə İranla bağlı son vəziyyətə münasibət bildirərkən deyib.
İranın həm İsrail, həm də Yaxın Şərqdəki digər ölkələr üçün “təhdid” yaratdığı iddiasını təkrarlayan Tramp, İranın 47 ildir amerikalıları öldürdüyünü və bu “hərbi addımı” daha əvvəl atmalı olduqlarını iddia etdi.
“Biz işimizi bitirənə qədər buradan ayrılmayacağıq və bu, çox tez baş verəcək”, – deyə Tramp bildirib və əlavə edib ki, Amerika ordusu ilk günlərdə İrana hücumları ilə Tehranın hərbi imkanlarına ciddi ziyan vurub.
2025ci ilin iyun ayına planlaşdırılan İrana hücumlara toxunan Prezident Tramp bildirib: “Bir müddət bu, onların sonu olacaq deyə düşündük, amma onlar yenidən başladılar. Erkən getmək isdəmirik, elə deyilmi? Ona görə də işi düzgün şəkildə bitirməliyik. Hər iki ildən bir geri qayıtmaq isdəmirik”.
Tramp dedi: “Biz onların 58 gəmisini, donanmasını və mina yerləşdirmə avadan-lığını məhv etdik.” ABŞ prezidenti iddia etdi ki, onlar İranın raketlərinin 90% və dronlarının 85% məhv ediblər.
İranın güclü ordusuna malik olduğunu deyən Tramp, Amerika ordusunun Tehranın gözlədiyindən daha sərt hücümlar etdiyini deyib.
Tramp İrana hücumlar üçün “Epik Qəzəb” adını seçdiyini və bu adı çox bəyəndiyini deyəndə tamaşaçılardan alqışlar aldı.
ABŞ Prezidenti İranla “müharibə” səbəbindən artan benzin qiymətlərinin də tezliklə düşəcəyini və bu məsələdə ona etibar etməli olduğunu bildirdi.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az
