İyul 8, 2026
Baku
Ədəbiyyat Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

12 Mart-Xalq şairi Cabir Novruzun anadan olmasının 93 illiyi ( 1933-2026)

Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Cabir Novruz bu gün Xızıda anadan olub. O, “Azərbaycan” jurnalına və “Ədəbiyyat və incəsənət” qəzetinə rəhbərlik edib, uzun illər Yazıçılar İttifaqının idarə heyətində çalışıb. Şeirlərinə bəstələnmiş mahnılar onu daha da sevilən edib.

Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən?”, “Tələbəlik illəri” və s.) bəstələnib. Milli Məclisin deputatı olub.

Cabir Novruz Azərbaycan ədəbiyyatında realist və həyat həqiqətlərini əks etdirən poeziyanın tanınmış nümayəndələrindən biridir. Onun əsərləri oxucular tərəfindən sevilir və müxtəlif nəsillər üçün aktual olaraq qalır. Cabir Novruz Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə müxtəlif dövlət mükafatları ilə təltif olunmuşdur. O, həmçinin “Xalq şairi” fəxri adına layiq görülmüşdür.

 

Tərtib etdi:Səid Mikayılzadə

Gundelik.az