Küveytin Beynəlxalq hava limanı dronların hücumuna məruz qalıb.
Gundelik.az xəbər verir ki, bu barədə “The Guardian” yerli KİV-lərə istinadən məlumat yayıb .
Məlumata görə, dronlar müəyyən maddi ziyan vurub, lakin xəsarət alan olmayıb.
Bununla yanaşı qeyd olunub ki, hücumun məsuliyyətini heç kim öz üzərinə götürməyib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı barədə bəyanat verərək, İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edib.
