İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərəcək

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan ərazisi vasitəsilə İrana dərman preparatları göndərəcək. 

Gundelik.az xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-in Mətbuat xidmətindən bildirilib.

“Rusiya Prezidenti Vladimir Putinin göstərişinə uyğun olaraq və Rusiya FHN-in rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə qurumun aviasiyası vasitəsilə dərman preparatlarının sonradan İran hökumətinin səlahiyyətli nümayəndələrinə ötürülməsi üçün Azərbaycana çatdırılması təşkil ediləcək”, – məlumatda deyilir.

Ümumilikdə, humanitar yardım qismində 13 ton dərman preparatının çatdırılacağı bildirilir.