ABŞ bəzi ən böyük ticarət tərəfdaşlarına qarşı yeni araşdırma başladıb. Bu addım ABŞ Ali Məhkəməsinin keçən ay prezident Donald Trumpın tarif siyasətinin əsas hissəsini ləğv etməsindən sonra atılıb.
Çərşənbə günü ABŞ-ın ticarət nümayəndəsi Jamieson Greer bildirib ki, Section 301 adlı “ədalətsiz ticarət praktikaları” araşdırması nəticəsində yay aylarına qədər Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya və Meksika kimi ölkələrə qarşı yeni rüsumlar tətbiq edilə bilər.
Araşdırma nəticəsində ABŞ həmin ölkələrin ədalətsiz ticarət praktikaları tətbiq etdiyi müəyyən edilərsə, onların məhsullarına idxal vergiləri qoyula bilər.
Greer bildirib ki, məqsəd fevralın sonunda Tramp tərəfindən tətbiq edilən müvəqqəti tariflər iyul ayında bitməzdən əvvəl araşdırmaları yekunlaşdırmaqdır.
O deyib:
“ABŞ artıq sənaye bazasını digər ölkələrə qurban verməyəcək. Bəzi ölkələr öz istehsal problemlərini və artıq istehsalı bizim bazara ixrac edirlər.”
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
