ABŞ və İsrailin İranı hədəf alması ilə başlayan Yaxın Şərqdəki münaqişələr gündə 1 milyard dollara başa gəlir.
Gundelik.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və Təcili Yardım üzrə koordinatoru Tom Fletçer, BMT-nin 87 milyon insana çatmağı hədəfləyən planı ilə bağlı yenilikləri təqdim etmək üçün mətbuat konfransı keçirib.
“Yaxın Şərqdə bu böhranların sürətlə artdığını görürük. Zorakılığın sərhədləri keçdiyini görürük. Köçkünlük, iqtisadi sarsıntılar və artan humanitar ehtiyaclar görürük. Hörmüz boğazında qida, enerji və gübrə xərcləri məni həqiqətən narahat edir. Düşünürəm ki, dünya həyatı xilas etmək əvəzinə, getdikcə ölümcül hala gələn bu silahların hazırlanmasına külli miqdarda pul xərcləmək qərarına gəlib. Bu, Yaxın Şərqdəki münaqişələrin gündə 1 milyard dollara başa gəldiyi bir vaxtda baş verir. Cəmi 1 milyard dollar milyonlarla insanın həyatını xilas edə bilər”, – deyə o qeyd edib.
