İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Premium Bank”ın kartlarına terminallardan mədaxil zamanı 1 faiz komissiya tutulacaq

“Premium Bank” kart və hesablarına eManat terminalları vasitəsilə edilən mədaxillərdən 1% xidmət haqqı tutulacaq.

Gundelik.az Operativ Media-ya istinadən xəbər verir ki, yeni tarif yalnız eManat terminallarından “Premium Bank” kart və hesablarına köçürülən vəsaitlərə şamil olunacaq.

Məlumata görə, digər ödəniş istiqamətləri üzrə tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur. Müvafiq xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Yeni komissiya qaydası 1 aprel 2026-cı il tarixindən tətbiq ediləcək.