Bakı Dövlət Universitetinin (BDU) 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbirinə sərf edəcəyi vəsait məlum olub.
Gundelik.az xəbər verir ki, universitet tədbirin təşkili və keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlayıb.
Məlumata görə, tədbirə tanınmış aparıcı və müğənnilər dəvət olunacaq, şou-proqram müddətində tələbələr üçün maraqlı, hədiyyəli oyunlar keçiriləcək.
Qeyd edilib ki, 3 fotoqrafın və köməkçilərinin (ən azı 2 nəfər) iştirakı ilə ən son texniki avadanlıqlardan və işıqlandırmadan istifadə olunaraq foto çəkiliş həyata keçirilməli, proqramın əvvəlindən sonuna qədər foto çəkiliş təmin olunmalıdır. Bundan başqa, 1 dron və 2 videoqraf vasitəsilə tədbir vasitəsilə 5 saat müddətində lentə alınacaq.
Tədbirin sonunda 3 dəqiqə şəlalə şəkilli atəşfəşanlıq təşkil olunacaq və 1800 ədəd salyutdan istifadə ediləcək.
Ali təhsil müəssisəsi “Məzun Günü” tədbirinin 235,5 min manata başa gələcəyini ehtimal edir.
