İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp Müctəba Xameneinin İranın yeni lideri seçilməsinə nə dedi

ABŞ prezidenti Tramp “New York Post” qəzetinə müsahibəsində İranla bağlı son vəziyyəti dəyərləndirib. Tramp İrandaki liderlik seçkilərini yaxından izlədiklərini və ABŞ-İsrail hücumunda öldürülən İranın mərhum lideri Əli Xamneyinin oğlu Müctəba Xamneyinin ölkənin yeni lideri olması ilə bağlı “Onun lider olmasına sevinmirəm” deyərək, Xamenei ilə hansı prosesi davam etdirəcəyi ilə bağlı açıqlama verib.

ABŞ prezidenti həmçinin bildirib ki, İranın İsfahan şəhərində nüvə materiallarını “təhlükəsizləşdirmək” üçüm Amerika qoşunlarını regiona göndərmək niyyətində deyil.

Trump, “Hazırda bununla bağlı qərar verməmişik, lakin buna yaxın da deyilik” dedi. İranda Ekspertlər Assambleyası fevralın 28-də ABŞ-İsrail hava hücumu nəticəsində öldürülən Əli Xamneyinin oğlu Müctəba Xameneinin “əzici səs çoxluğu” ilə liderlik vəzifəsinə seçildiyini açıqlayıb.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az