Yaxın Şərqdə mümkün atəşkəs çağırışlarına gəlincə, Əraqçi ABŞ və İsrailin xanım tələbələr də daxil olmaqla iranlıları öldürdüyünü və xəstəxanalara hücüm etdiyini bildirib və əlavə edib: “İran öz xalqı üçün mübarizəni davam etdirməlidir.”
Əraqçi, “Müharibənin daimi olaraq bitməsi lazımdır. Buna nail olana qədər xalqımız və təhlükəsizliyimiz üçün mübarizəyə davam etməliyik” dedi.
İsrail və ABŞ-ın keçən iyun ayında 12 günlük müharibəni sona çatdırmaq üçün əldə etdiyi atəşçəsi artıq pozduğunu vurğulayan Əraqçi, “İndi yenidən atəşkəs isdəyirsiniz? Bu işə yaramayacaq” sözlərini əlavə etdi.
Rusyanın İrana hərbi kəşfiyyat məlumatı verib-verməməsi ilə bağlı sualı cavablandıran Əraqçi deyib ki, İran və Rusiya arasında əməkdaşlıq yeni və ya gizli bir hadisə deyil. Əraqçi, “Bir çox fərqli sahədə bizə kömək edirlər. Mənim ətraflı məlumatım yoxdur” dedi.
İrana qonşu ölkələrə qəsdən hücum etmədiyini bildirən Əraqçi, “Təəssüf ki, biz Amerika bazarına, Amerika obyektlərinə və qonşularımızın ərazilərində yerləşən Amerika varlıqlarına hücum edirik” dedi.
ABŞ Prezidenti Donald Trampın “İran tezliklə ABŞ-a çata biləcək raketlərə sahib ola bilər” iddiasına gəlincə, Əlaqçi deyib: “Bu məlumat yalandır. Bildiyiniz kimi, bizim raket istehsal etmək imkanımız var, lakin biz özümüz bilərəkdən 2000 kilometrdən az məsafə ilə məhdudlaşdırmışıq, çünki biz dünyada başqalarının təhdid etdiyi kimi olmaq istəmirik”.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az
