İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Trampın İranın potensial yeni lideri ilə bağlı mübahisəli açıqlamaları

ABŞ prezidenti Donald Tramp İranın yeni liderinin kim olacağı ilə bağlı davam edən müzakirələr fonunda diqqətəlayiq açıqlamalar verib. “Axios”a verdiyi müsahibədə Tramp İranın yeni liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməli olduğunu bildirib.

Tramp bildirib ki, Müctəba Xamenei bu vəzifəyə ən güclü namizəddir, lakin bu ehtimalı qəbuledilməz hesab edir. Tramp iddia edib ki, Xamenei vəzifəyə gələrsə, mövcud siyasət davam edəcək. Tramp açıqlamasında bildirib ki, “İranda ən çox ehtimal olunan varis Müctəba Xameneidir, amma bu, qəbuledilməzdir. Xameneinin siyasətini davam etdirəcək və ABŞ-ı beş il sonra yenidən müharibəyə məcbur edəcək bir İran lideri istəmirəm”. ABŞ lideri Müctəba Xamenei haqqında sərt ifadələr işlədərək dedi: “Xamneyinin oğlu yüngül çəkilidir. Onlar vaxtlarını boşa sərf edirlər”.

Trampın bu sözləri ABŞ, İsrail və İran arasında müharibənin davam etdiyi və Tehranda yeni liderlik barədə müzakirələrin getdiyi bir vaxta təsadüf edir. Ekspertlər İrandakı liderlik prosesi ilə bağlı bu cür açıqlamaların regionda gərginliyi daha da artıra biləcəyini qeyd edirlər.

 

Mənbə:Axios.com

Tərtib etdi:Səid Mikayılzadə

 

Gundelik.az