Fulu Foundation təhlükəsizlik və məxfilik yönümlü qeyri-kommersiya təşkilatı, Ring video zəngli kameralarını Amazon-un məlumat ekosistemindən çıxarmaq üçün hakerlərə pul mükafatı təklif edir. Məqsəd kameraları sui-istifadə üçün pozmaq deyil, ev sahiblərinə cihazlarını özəl və idarə olunan şəkildə işlətmək imkanı verməkdir.
Mükafat ən azı 10.000$ təşkil edir və kameraların motion detection və night vision kimi əsas funksiyaları işlək qalmalıdır. Həll üsulu sadə və ucuz alətlərlə həyata keçirilə bilməli, orta səviyyəli texniki istifadəçi tərəfindən 1 saatdan az müddətdə tamamlanabilməlidir. Qalib istəsə, metodunu ictimaiyyətlə paylaşmaq məcburiyyətində deyil.
Maraqlısı odur ki, bu təşəbbüs, Ring-in Search Party funksiyasını genişləndirməsindən sonra daha aktuallaşıb; bu funksiya qonşuların itkin heyvan və əşyaları tapmasına kömək edir, lakin tənqidçilər buna şəxsi cihazların müstəsna izləmə şəbəkəsinə çevrildiyini bildirirlər.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
