Beş onillik fasilədən sonra insanlı Ay uçuşunu həyata keçirməyə hazırlaşan dörd astronavt Artemis II missiyasına ən azı aprel ayına qədər başlaya bilməyəcək. SLS raketinin ikinci “wet dress rehearsal” zamanı helium axınında problem aşkar edilib.
Mühəndislər raketi Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən Vehicle Assembly Building (VAB)-a geri aparmağa qərar veriblər; təxminən dörd millik geri daşınma 24 fevralda baş tutacaq. NASA təsdiqləyib ki, raket artıq əvvəl elan edilən 6 mart tarixində buraxılmayacaq və missiya ən tez 2026-cı ilin aprelində start götürəcək.
Ekipaj — Victor Glover, Reid Wiseman, Christina Koch və Kanada kosmonavtı Jeremy Hansen — karantindən çıxıb və hazırda Hyuston, Texasda qalır. Missiya zamanı Orion kosmik gəmisinin sistemləri Ay ətrafında test ediləcək və uğurlu uçuş Artemis III missiyasında insanın Aya enişinə yol açacaq. NASA uçuşun necə baş verəcəyini göstərən video da paylaşıb.
Mənbə : Digital Trends
Hazırladı : Ziyalə Əhmədli
Gundelik.az
