Rusiyanın paytaxtı Moskvada Savelovski Dəmir Yolu Stansiyası yaxınlığında baş verən partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 00:05-də naməlum şəxs Savelovski Stansiyası Meydanında növbətçi yol polisi maşınına yaxınlaşıb. Bundan sonra naməlum qurğu partlayıb və bir polis əməkdaşı ölüb.
Rusiya İstintaq Komitəsi bir polis əməkdaşının ölümü ilə nəticələnən partlayışla bağlı araşdırma başlandığını açıqlayıb.
Bəyanatda partlayış nəticəsində iki polis məmurunun yaralanaraq xəstəxanaya aparıldığı və ilkin məlumata görə, bombalamanı həyata keçirən şəxsin hadisə yerində öldüyü bildirilib. Qeyd olunub ki, partlayışla bağlı hadisə yerində araşdırmalar davam edir.
Mənbə:T24.com
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
