İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanın daha bir şəhərində güzəştli mənzillərin inşasına başlanılır

Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.

Bu barədə Gundelik.az Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat əldə edib.

Məlumata görə, ilkin mərhələdə 5,76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işləri aparılacaq.

Belə ki, MİDA layihələndirilmə işlərinin icrasını “Era Design Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 5,76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi 597 670 manata başa gələcək.