ABŞ Prezidenti Donald Tramp, ABŞ Ali Məhkəməsinin onun əvvəlki rüsum proqramını ləğv etməsindən sonra bütün ölkələrin ABŞ idxarına müvəqqəti olaraq 15%-ə qədər qaldıracağını bildirib. Bu addım ABŞ prezidentinin məhkəmə qərarından sonra 10% ümumi rüsum elan etməsindən 24 saatdan az bir müddətdən sonra atılıb.
Yeni rüsumlar ayrıca, 122-ci maddə kimi tanınan qanuna əsaslanır. Bu qanun 15% qədər olan rüsumlara icazə verir, lakin 150 gündən sonra onların uzadılması üçün Konqresin təsdiqi lazımdır. İndiyə kimi heç bir ABŞ prezidenti 122-ci maddəni tətbiq etməyib. Səbəb olaraq da qanunun isdifadəsinin hüquqi çətinliklərə gətirib çıxarmasıdır.
Ticarət mütəxəssisləri və konqres köməkçiləri respublikaçıların çoxluq təşkil etdiyi Konqresin rüsumların uzadacağına şüphə ilə yanaşırdılar, çünki getdikcə artan rüsumların qarşısında Amerika xalqı bu məsələyə qarşı çıxırdılar.
Bu məsələ qarşısında sosial şəbəkədə açıqlama paylaşan Tramp 150 gün ərzində “qanuni olaraq icazə verilən” rüsumların tətbiqi üzərində işləyəcəyini bildirib.
Administrasiya milli təhlükəsizlik və ya ədalətsiz ticarət təcrübələri ilə bağlı araşdırmalarına əsaslanaraq müəyyən məhsullara və ya ölkələrə idxal vergilərinə icazə verən iki başqa qanun etibar etmək niyyətindədir.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: ABC news
Gundelik.az
