BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Somaliyə təcili yeni maliyyələşdirmə almadığı təqdirdə, aprel ayına qədər humanitar yardımı dayandırmalı olacağı barədə xəbərdarlıq edib.
Bu barədə Gundelik.az “İnterfaks”a istinadən xəbər verir.
Ümumdünya Ərzaq Proqramı xatırladıb ki, qurum ərzaq yardımı alan insanların sayını 2025-ci ilin əvvəlindəki 2,2 milyondan hazırda 600 minə endirmək məcburiyyətində qalıb.
Məlumata görə, Somalidə təxminən 4,4 milyon insan ciddi ərzaq təhlükəsizliyi ilə üzləşir.
