Karaçi şəhərində mənzil binasında baş verən qaz partlayışı nəticəsində ən azı 13 nəfər həlak olub, onların arasında qadınlar və uşaqlar da var, bir neçə nəfər isə xəsarət alıb. Binanın bir hissəsi uçub, xilasetmə işçiləri hələ də dağıntılar altında sağ qalanları axtarır.
Yerli polis rəisi Rizvan Patel bildirib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.
Karaçidə əksər evlər təbii qazla təmin olunur, lakin aşağı təzyiq səbəbindən bir çox ailələr maye qaz silindrlərindən də istifadə edir.
Xatırlatma olaraq, 2025-ci ilin iyul ayında İslamabadda evdə keçirilən toy mərasimi zamanı baş verən qaz partlayışı nəticəsində gəlin və bəy də daxil olmaqla səkkiz nəfər həlak olmuşdu.
Mənbə: Al Jazeera
Hazırladı :Ziyalə Əhmədli
Gundelik.az
