Latviya hakimiyyəti Ukraynaya silah yardımı proqramı çərçivəsində 10 milyon avro ayırmaq qərarına gəlib.
Gundelik.az xəbər verir ki, bu barədə Latviyanın baş naziri Evika Silina bildirib.
Onun sözlərinə görə, bu vəsait Kiyev üçün silah və avadanlıqların alınmasına sərf olunacaq:
“Alış-verişlər strateji tərəfdaşımız olan ABŞ-də həyata keçiriləcək”.
Əlavə edək ki, bu proqram NATO tərəfindən 2025-ci ilin yayında ABŞ-nin Ukraynaya pulsuz silah tədarükünü dayandırmaq qərarına cavab olaraq yaradılıb. Proqram çərçivəsində Kiyev hərbi ehtiyaclarını formalaşdırır, Avropa İttifaqı ölkələri vəsait ayırır və bu silahları ABŞ-dən alır.
