Moldova humanitar yardım olaraq Ukraynaya təxminən 680 min avro dəyərində elektrik kabelləri, generatorlar və ərzaq təchizatı göndərəcək.
Gundelik.az xəbər verir ki, bu qərar ölkənin Nazirlər Kabinetinin iclasında qəbul edilib.
“Yardım sosial və enerji böhranı kontekstində diplomatik kanallar vasitəsilə göndərilən rəsmi sorğulara cavab olaraq təmin edilir. Buraya dövlət ehtiyatından, eləcə də Daxili İşlər Nazirliyinin bölmələrindən və “Şimal Paylayıcı Elektrik Şəbəkələri” ASC-nin əmlakından kabellər, generatorlar, avadanlıqlar və sanitariya ləvazimatları daxildir”, – məlumatda deyilir.
