İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Dərnəgüldəki yanğın davam edir, külək söndürmə işlərini çətinləşdirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Gundelik.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.