İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Polşa ABŞ-dən ilk dəfə “F-35″qırıcı təyyarələri alacaq

Varşavanın Amerikadan ilk dəfə sifariş etdiyi “F-35” qırıcı təyyarələri iyun ayında Polşaya təhvil veriləcək.

Gundelik.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

O qeyd edib ki, təyyarələrin təhvili nisbətən gecikir.

Bildirilib ki, Polşanın sifariş etdiyi 32 “F-35″dən 10-nun istehsalı artıq başa çatıb.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Polşa hakimiyyəti ABŞ ilə 32 ədəd “F-35” beşinci nəsil qırıcı-təyyarəsinin alınması barədə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4,6 milyard dollardır və tədarük 2029-cu ilə qədər planlaşdırılır.